Tailandın Çonburi əyalətində gecə klubunda güclü yanğın baş verib.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb, 35 nəfər yaralanıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, zərərçəkənlər arasında əcnəbi yoxdur, həlak olan və xəsarət alanların hamısı Tailand vətəndaşlarıdır.
Hadisənin təfərrüatları araşdırılır.