Erməni qadının Azərbaycan Prezidentindən xahişi - VİDEO

16:16 - 09 Avqust 2022

Erməni qadının Azərbaycan Prezidentindən xahişi - VİDEO

İslamı qəbul edən erməni qadın Aqunik Abovyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib və Bakıya gəlmək üçün ondan icazə istəyib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müraciətini o, sosial şəbəkə hesabından paylaşıb.

Abovyanın sözlərinə görə, Azərbaycanda olmaq, həyat yoldaşının və dostlarının vətənini görmək onun ən böyük arzusudur. Başqa bir diləyi isə Qarabağa getməkdir.

“Əgər mümkünsə, məhz Şuşada məsciddə namaz qılmaq kimi xəyalım var”, - deyə o sözlərini yekunlaşdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az