Abramoviç sanksiyalara görə İngiltərədəki aktivlərini sata bilməz - Bloomberg

20:01 - 09 Avqust 2022

Abramoviç sanksiyalara görə İngiltərədəki aktivlərini sata bilməz - Bloomberg

Rusiyalı iş adamı Roman Abramoviç sanksiyalara görə Böyük Britaniyadakı əmlakını sata bilməz.

Manset.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, onun Britaniya banklarındakı hesabları da dondurulmuş vəziyyətdədir.

Biznesmenin Kensinqton rayonunda malikanəsi və Londondakı Chelsea Waterfront yaşayış kompleksində penthaus satmaq imkanı yoxdur. O, həmçinin Evraz mədən və əritmə şirkətindəki payını (28,64%) sata bilmir. Abramoviç sanksiyalar siyahısına daxil edildikdən sonra London birjasında şirkətin səhmlərinin qiyməti 87% ucuzlaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az