Koronavirusa görə səsini itirən müğənni konsertlərini ləğv etdi

22:38 - 09 Avqust 2022

Koronavirusa görə səsini itirən müğənni konsertlərini ləğv etdi

Rusiyanın xalq artisti, müğənni Valeriya bir ay əvvəl keçirdiyi koronavirusa görə səsini itirib.

Manset.az Rusiya mediasına istinadən xəbər verir ki, ifaçı səhnədə canlı çıxış edə bilmədiyini etiraf edib.

“Sinə qəfəsindəki şiddətli tıxanıqlıq və öskürək tam oxumağa imkan vermir. Son vaxtlara qədər vaxtında sağalacağıma ümid edirdim, amma hər şey mənim istəyimdən asılı deyil”.

O, pərəstişkarlarından üzr istəyib və sentyabr ayına planlaşdırılan konsertlərinin vaxtını dəyişdirməli olduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az