Melitopolda Vahid Rusiyanın qərargahı partladıldı

10:38 - 10 Avqust 2022

Melitopolda Vahid Rusiyanın qərargahı partladıldı

Partizanlar işğal olunmuş Melitopolda (Zaporojye vilayəti) Vahid Rusiya Partiyasının qərargahını partladıblar.

 

Manset.az xəbər verir ki, bu barədə “RİA Melitopol” məlumat yayıb.

“Avqustun 8-dən 9-na keçən gecə saat 22:00 radələrində şəhərin mərkəzində Vahid Rusiya qərargahının yaxınlığında partlayış baş verib. Bu dəfə itki olmasa da, partizanlar saxta referendumun təşkilində iştirak etmək qərarına gələn hər kəsə “salam” göndəriblər. Heç kimə mərhəmət olmayacaq! Yerli satqınlar bunu başa düşürlər”, - məlumatda deyilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az