Çimərlikdə görülən bu dəhşətli varlıq hamını qorxuya saldı - FOTOLAR

11:03 - 10 Avqust 2022

Çimərlikdə görülən bu dəhşətli varlıq hamını qorxuya saldı - FOTOLAR

Avstraliyanın Kvinslend ştatındakı Stradbrok adasındakı çimərlikdə "Mavi əjdaha" adlı nadir növ dəniz canlısı aşkarlanıb. 


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu məxluqu ilk dəfə görənlər həm qorxub, həm də təəccübləniblər.

Çimərlikdə olan insanlara zəhərlənmə ehtimalı ilə bağlı xəbərdarlıq edilib.

Mavi Əjdaha "Glaucus atlanticus" kimi də tanınır.

Bu növ dənizlərin sahilə və okean dibinə yaxın olmayan ərazilərində sərbəst yaşayır. “Glaucus” cinsinin yeganə növüdür, lakin “Glaucidae” ailəsinin başqa bir növü olan “Glaucilla marginata” ilə sıx bağlıdır. 

Adətən 6 sm-ə qədər böyüyə bilər və tünd mavi rəngdədir. Dünyanın bütün okeanlarında və mülayim tropik sularında rast gəlinir. 

Suyun yuxarısından aşağıya doğru üzə bilər. 
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az