ABŞ və Norveç “hibrid” döyüş sursatını sınaqdan keçiriblər

19:39 - 10 Avqust 2022

ABŞ və Norveç “hibrid” döyüş sursatını sınaqdan keçiriblər

Amerikanın “Boeing” və Norveçin “Nammo” şirkətləri “Ramjet 155” reaktiv mühərrikli artilleriya mərmisini sınaqdan keçiriblər.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, sınaqlar Norveçdə baş tutub. Sınaq zamanı sursatın sabit uçuşunun imkanları və hərəkət sisteminin fəaliyyəti yoxlanılıb. Gələcəkdə şirkətlər sursatın idarə olunan uçuşunu həyata keçirməyi planlaşdırırlar.

“Boeing” şirkəti “Ramjet 155”i raketlərin və idarə olunan artilleriyanın “hibridləri” adlandırır. Güman edilir ki, bu sursat 155 mm-lik haubitsaların məsafəsini 40-dan 70 km-ə qədər artırmağa imkan verəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az