İrəvanla üçüncü ölkədə görüşməyəcəyik – Türkiyə

14:03 - 11 Avqust 2022

İrəvanla üçüncü ölkədə görüşməyəcəyik – Türkiyə

Növbəti görüş Ermənistanda və ya Türkiyədə keçirilməlidir. Çünki ictimaiyyətin belə bir gözləntisi var.

 

Manset.az xəbər verir ki, bu barədə “A Haber” Türkiyə Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadla məlumat yayıb.

"Buralar düşmən əraziləri deyil. Onlar Türkiyəyə rahatlıqla gələ bilər, biz də rahatlıqla Ermənistana gedə bilərik. Üçüncü ölkədə görüşləri qəbul etmirik. Ya Türkiyədə, ya da İrəvanda toplaşmaq lazımdır", - mənbə bildirib.

Onun sözlərinə görə, Türkiyə və Ermənistan nümayəndə heyətləri arasında 5-ci görüş sentyabr ayına planlaşdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az