Avropa İttifaqı Komissiyası Finlandiya və Estoniyanın Aİ ölkələrinin Rusiya vətəndaşlarına turist vizası verməməsi ilə bağlı təklifinə cavab verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aİ Komissiyasının sözçüsü Anitta Hipper, “Üzv dövlətlər hər bir viza müraciətini öz yurisdiksiyaları daxilində yoxlamalıdırlar. Aİ ölkələri dövlət siyasəti və ya daxili təhlükəsizlik səbəbi ilə viza verməkdən imtina edə bilər. Yalnız üzv dövlətlər viza verilməsini məhdudlaşdıra bilər” deyib.