Əsir düşən ukraynalı qadınların sayı AÇIQLANDI

18:19 - 11 Avqust 2022

Əsir düşən ukraynalı qadınların sayı AÇIQLANDI

Ukraynanın “Azovstal” zavodunda çalışmış 130-dan çox qadın Rusiya hərbçiləri tərəfindən əsir götürülüb.

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.

"Bizim "Azovstal"da 131 qadın əməkdaşımız çalışıb. Onların arasında Azov alayında xidmət edən əsgərlərimiz, hərbi həkimlərimiz, sərhədçilərimiz və Milli Qvardiyaçılarımız var”, - deyə nazir qeyd edib.

Vereşçuk Ukraynanın əsirlikdə olan qadınları azad etmək üçün səy göstərəcəyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az