Rusiyada uşaq düşərgəsində 20 uşaq ZƏHƏRLƏNDİ

22:31 - 15 Avqust 2022

Rusiyada uşaq düşərgəsində 20 uşaq ZƏHƏRLƏNDİ

Nijni Novqorod vilayətində sağlamlıq düşərgəsində istirahət edən 20-dən çox uşaq zəhərlənib.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Müəyyən edilib ki, Nijni Novqorod vilayətinin Semenovski rayonundakı uşaq sağlamlıq düşərgəsində istirahət edən 20-dən çox uşaq zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib", - məlumatda deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qurumun əməkdaşlarını dindirir, yemək və sudan nümunələr götürüblər. İş üzrə ekspertizalar təyin edilir, hadisənin bütün halları müəyyən edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az