Ekvador prezidentində bədxassəli şiş AŞKARLANDI

23:46 - 15 Avqust 2022

Ekvador prezidentində bədxassəli şiş AŞKARLANDI

Ekvador Prezidenti Gilyermo Lassonun sağ göz qapağında bədxassəli şiş aşkarlanıb.

Manset.az xəbər verir ki, bu barədə Prezidentin Kommunikasiya Katibliyindən bildirilib.

Məlumata görə, Lassonun iyulun sonunda göz qapağından keçirdiyi əməliyyatın nəticələrinə əsasən, ona melanoma diaqnozu qoyulub.

Prezidentin mətbuat xidməti dövlət başçısının 16-21 avqust tarixlərində əlavə diaqnostika üçün ABŞ-ın Hyuston şəhərində şəxsi səfərdə olacağını açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az