London metrosunda partlayış - VİDEO

17:03 - 17 Avqust 2022

London metrosunda partlayış - VİDEO

İngiltərənin paytaxtı Londonda metro stansiyasında güclü yanğınla müşayiət olunan partlayış baş verib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisənin ardından metronun hərəkəti dayandırılıb və bəzi binalar boşaldılıb.

Məlumata əsasən, stansiyadan tüstü qalxdığından əraziyə yanğınsöndürənlər cəlb olunub. Southwark və London Bridge stansiyaları bağlanıb, metro xidmətləri dayandırılıb.

Bəzi binaların sakinləri evakuasiya edilərkən, sakinlərə güclü tüstü səbəbindən pəncərə və qapıları bağlı saxlamaq tövsiyə olunub. Yanğına 70 yanğınsöndürənlə müdaxilə davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az