Türkiyə Aralıq dənizindəki qaz yatağında kəşfiyyat işlərinə başladı – FOTO

21:35 - 17 Avqust 2022

Türkiyə Aralıq dənizindəki qaz yatağında kəşfiyyat işlərinə başladı – FOTO

Türkiyənin energetika naziri Fatih Dönməz çərşənbə günü bildirib ki, “Əbdülhəmid Xan” qazma gəmisi Aralıq dənizində kəşfiyyat işlərinə başlayıb.

Manset.az xəbər verir ki, , bu barədə “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, avqustun 9-da Türkiyənin yeni qazma gəmisi Aralıq dənizinin Mersin limanından yola düşüb. O, Antalya sahilindən 55 km aralıda çalışacaq.

238 metrlik “Əbdülhəmid Xan” türkiyənin dördüncü qazma gəmisidir. Ən müasir avadanlıqla təchiz edilmiş gəmi 12 km-dən çox dərinlikdə kəşfiyyat işləri aparmağa qadirdir. Gəminin ekipajı təxminən 200 nəfərdir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az