Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bu gün Finlandiyanın sentyabrın 1-dən ruslara verilən vizaların sayını azaldacağını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Finlandiyanın Rusiyada gündəlik viza müraciəti qəbulunu mindən 500-ə endirəcəyi, turistlərə isə yalnız 100-nün ayrılacağı bildirilib.