Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodimir Zelenski və BMT-nin Baş katibi Antoniu Quterreş arasında üçtərəfli görüş başlayıb.
Manset.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
***
Ərdoğan-Zelenski görüşü başa çatıb. Hazırda Rəcəb Tayyib Ərdoğan, Vladimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş keçirilir.
***
Potoçki sarayında mətbuata qapalı keçirilən üçtərəfli sammit 40 dəqiqə davam edib.
Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da iştirak edib.
