Rusiyanın Belqorod vilayətində silah-sursat anbarı yanıb - VİDEO

22:44 - 18 Avqust 2022

Rusiyanın Belqorod vilayətində silah-sursat anbarı yanıb - VİDEO

Rusiyanın Belqorod vilayətinin Valuyski rayonunun Timonovo kəndi yaxınlığında sursat anbarı yanıb.

Manset.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında məlumat verib.Son məlumatlara görə, itki yoxdur.

Rayon rəhbərliyi kənd sakinlərini təhlükəsiz əraziyə təxliyə edib.

Yanğının səbəbi müəyyənləşdirilir.

Timonovo kəndində təxminən 530 nəfər yaşayır.

Kəndin Ukrayna ilə sərhədə qədər olan məsafəsi təxminən 5400 metrdir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az