BMT baş katibinin keçmiş müavini Yan Eliasson İsveçdə Qurani-Kərimin yandırılması təxribatının qadağan edilməsini tələb edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Eliasson “Twitter” hesabından verdiyi açıqlamada Qurani-Kərimin yandırılmasının "nifrət cinayəti" olaraq cəzalandırılması və qadağan edilməsi lazım olduğunu bildirib:
“Bu açıq cinayəti qorumaq üçün milyonlarla kron xərcləməyi məntiqsiz hesab edirəm. İfadə azadlığına aid olmayan bir hərəkətin 43 milyon krona başa gəlməsi gülüncdür, polis bunun vaxtını bariz cinayətlərə həsr etməlidir”.