Kamçatkada rusiyalı turist vulkanda ÖLDÜ

22:16 - 19 Avqust 2022

Kamçatkada rusiyalı turist vulkanda ÖLDÜ

Kamçatkanın Elizovski rayonunda rusiyalı turist vulkanda ölüb.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə mətbuat xidməti xəbər verib.

İstintaqın məlumatına görə, 44 yaşlı kişi 20 nəfərlik turist qrupunun tərkibində bölgəyə gəlib. Yarımadanın cənub hissəsindəki Mutnovski vulkanından eniş zamanı turist qəflətən xəstələnib və sonra dünyasını dəyişib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az