Rusiya Ukraynaya qarşı “Kinjal”dan istifadə olunduğunu etiraf etdi

13:51 - 21 Avqust 2022

Rusiya Ukraynaya qarşı “Kinjal”dan istifadə olunduğunu etiraf etdi

Rusiya Müdafiə Nazirliyi Ukraynaya qarşı hipersəsli “Kinjal” raketlərindən istifadə olunduğunu etiraf edib.

 

Manset.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu açıqlama verib. O bildirib kİ, “Kinjal”dan üç dəfə istifadə olunub: 

“Bəli, “Kinjal”dan istifadə edilib. Raketlər üç dəfə parlaq performansını göstərdi”. 

Şoyqu bildirib ki, “Kinjal” raketinin dünyada analoqu yoxdur: “Onu nə aşkar etmək, nə də tutmaq mümkündür: yol boyu raket şaquli və üfüqi müstəvilərdə trayektoriyasını dəyişir”. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az