Gürcüstanın Borjomi meşəsində yanğın davam edir - VİDEO

22:53 - 21 Avqust 2022

Gürcüstanın Borjomi meşəsində yanğın davam edir - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti Borjomi bələdiyyəsinin Kvabişxevi kəndi yaxınlığındakı meşə yanğınına daha iki helikopter cəlb edib. Beləliklə, fəlakət bölgəsində çalışan helikopterlərin sayı 3-ə yüksəlib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə xidmətin bazar günü dərc olunan məlumatında deyilir.

Bundan əlavə, 30-a qədər yanğınsöndürən maşın hadisə yerinə səfərbər edilib. 250-yə qədər yanğınsöndürən-xilasedici fasiləsiz işləyir.

Qeyd edək ki, Gürcüstanın cənubundakı Borjomi şəhərindən 21 km aralıda yerləşən Kvabişxevi kəndi yaxınlığında yanğın şənbə günü başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az