Duqinin qızı necə qətlə yetirilib? - Detallar bəlli oldu

13:09 - 22 Avqust 2022

Duqinin qızı necə qətlə yetirilib? - Detallar bəlli oldu

“Rus dünyası”nın əsas ideoloqu Aleksandr Duqinin qızı Daryanın idarə etdiyi avtomobili qətldən əvvəl anonim telefonları olan şəxslər izləyib.

 

Manset.az bakupost.az-a istinadən xəbər verir ki, partlayıcı qurğunun anonim telefonlardan edilən zənglə işə salındığı ehtimal olunur. Mash Telegram kanalının məlumatına görə, istintaq Duqinin avtomobilinin bu üsulla partladılması versiyasını nəzərdən keçirir.

Qeyd olunur ki, billinqin nəticələrinə görə, onlar Daryanı avtomobilin minalandığı ərazidən (Zaxarovo malikanəsinin dayanacağı) partlayış baş verən yerə qədər izləyiblər. Qətldən sonra telefonlar şəbəkədən itib.

Xatırladaq ki, avqustun 20-də Moskva ətrafında Darya Duqinanın idarə etdiyi avtomobil partladılıb və o, həlak olub. Jurnalistlər partlayışın avtomobilin altına yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini aydınlaşdırıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az