Sahibindən qaçan öküz banka girdi - Görün nələr oldu – VİDEO

14:41 - 22 Avqust 2022

Sahibindən qaçan öküz banka girdi - Görün nələr oldu – VİDEO

İsraildə sahibindən qaçan öküz banka daxil olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə paytaxt Təl-Əvivin yaxınlığındakı Lod şəhərində baş verib.

Sahibindən qaçan öküz arxasınca gələnlərə yaxalanmamaq üçün yaxınlıqdakı bank filialına daxil olub. 

Qaçarkən bankın döşəməsində sürüşən öküz tarazlığını bərpa edərək dəhlizlərlə hərəkət etməyə başlayıb.

Bir müddət sonra sahibinin öküzü tutduğu və hadisə zamanı xəsarət alan olmadığı bildirilib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az