İsraildən İranla nüvə razılaşması barədə AÇIQLAMA

16:02 - 22 Avqust 2022

İsraildən İranla nüvə razılaşması barədə AÇIQLAMA

İsrailin müdafiə naziri Benni Qantz bəyan edib ki, Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq aktorlar tərəfindən İranla müzakirə edilən razılaşma “pisdir və Təl-Əviv belə bir razılaşmaya qarşıdır”.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qantz ABŞ prezidenti Co Baydenin iyul ayında İsrailə səfəri zamanı bu məsələni müzakirə etdiklərini və ABŞ prezidentinin onlara İranın nüvə silahı əldə etməyəcəyinə söz verdiyini bildirib.

Qantz, hazırkı formada razılaşmanın bu vədi yerinə yetirə biləcəyinə əmin olmadığını söyləyib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az