Ukrayna Baş Qərargahının rəisi Valeri Zalujnı müharibədə həlak olan əsgərlərin sayını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zalujnı bəyan edib ki, Rusiya işğalı başlayandan bəri təxminən 9 min Ukrayna əsgəri həlak olub.
Ukrayna bundan əvvəl hərbi itkilərin fövqəladə vəziyyətin sonuna qədər dövlət sirri olaraq qalacağını bəyan etmişdi.