Kərbəlada DƏHŞƏT: Ziyarətgah uçdu, ölənlər və yaralananlar var - VİDEO

17:25 - 22 Avqust 2022

Kərbəlada DƏHŞƏT: Ziyarətgah uçdu, ölənlər və yaralananlar var - VİDEO

İraqın Kərbəla şəhərində uçqun baş verib.

 

Manset.az "modern.az"-a istinadla xəbər verir ki, şəhərdəki Qəttarat İmam Əli türbəsinin damı çöküb.

Hadisə zamanı ibadət ocağında xeyli sayda ziyarətçi olub. İlkin məlumata görə, uçqun nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

Əraziyə xilasetmə briqadaları və təcili tibbi yardım qrupları cəlb olunub. Uçqun altında qalanların olduğu bildirilir. Xilas edilənlər arasında üç uşaq var. Ölü sayının artması istisna edilmir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az