Britaniya ordusunun ən yüksək rütbəli zabitlərindən biri olan Pol Karni qoşunlara “Rusiya ilə müharibəyə hazır olun” xəbərdarlığını edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Karni əsgərlərdən fiziki cəhətdən döyüşə hazır olub-olmadıqlarını yoxlamağı istəyib.
O, "Dünya dəyişdi və biz yeni reallıqlara hazır olmalıyıq"- deyib.
Karni həmçinin Ordunu modernləşdirmək planlarını sürətləndirəcəyini və böhranlara daha tez cavab vermək üçün xaricə daha tez-tez yerləşdirməyi vəd edib.