Britaniyanın yeni baş nazirinin məlum olacağı vaxt AÇIQLANDI

22:03 - 22 Avqust 2022

Britaniyanın yeni baş nazirinin məlum olacağı vaxt AÇIQLANDI

Britaniya Mühafizəkarlar Partiyasının yeni rəhbərinin və Böyük Britaniyanın Baş nazirinin adı sentyabrın 5-də yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə 15:30) açıqlanacaq.

Manset.az xəbər verir ki, bu, Mühafizəkarlar Partiyasının sədri Endryu Stivensonun digər rəsmilərə ünvanladığı məktubundan məlum olub.

Məktubda qeyd olunub ki, yeni hökumət başçısının adı “Westminster Central Hall”da açıqlanacaq.

Mühafizəkarların yeni rəhbəri sentyabrın 6-da Boris Consonu əvəzləyəcək.

Bundan əlavə, sentyabrın 7-də Mühafizəkarlar Partiyasının rəhbəri Leyboristlərin lideri Sayrus Starmerlə görüşəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az