ÜST rəhbərindən yaşlılara ÇAĞIRIŞ

23:06 - 22 Avqust 2022

ÜST rəhbərindən yaşlılara ÇAĞIRIŞ

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adan Qebreyesus ÜST-nin bütün üzv dövlətlərini bütün tibb işçilərini və 60 yaşdan yuxarı insanları peyvənd etməyə çağırıb.

Manset.az xəbər verir ki, bu barədə ÜST-nin mətbuat xidməti məlumat yayıb.

"Biz (ÜST) üzv ölkələri tibb işçilərinin və 60 yaşdan yuxarı insanların 100% peyvəndinə riayət etməyə çağırmaqda davam edirik" deyə Qebreyesus bildirib.

Eyni zamanda, o əlavə edib ki, məqsəd hələ də əhalinin 70%-ni peyvənd etmək olmalıdır.

"Bu, insanların həyatını xilas etmək və həqiqətən davamlı bərpanı təmin etmək üçün ən yaxşı yoldur", - ÜST rəhbəri vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az