Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Darya Duqinanın avtomobilinə bomba yerləşdirən qatilin görüntülərini paylaşıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti son açıqlamasında sui-qəsdin arxasında Ukrayna məxfi xidmətinin olduğunu açıqlayıb və sui-qəsdi həyata keçirən Natalya Vovk adlı Ukrayna vətəndaşı olduğunu bildirib:
“Cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədildiyi müəyyən edilib. Planı Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Natalya Vovk həyata keçirib. Vovk iyulun 23-də 12 yaşlı qızı ilə Rusiyaya gəlib və məlumat toplamaq məqsədilə Duqinanın mənzilində kirayə mənzil tutub. Sui-qəsddən sonra o, qızı ilə birlikdə Pskovdan (Rusiyanın sərhəd bölgəsi) Estoniyaya qaçıb. Vovk Rusiyaya girərkən Donetsk Xalq Respublikası, Moskvada Qazaxıstan və ölkədən çıxarkən Ukrayna nömrələrindən istifadə edib”.