Rus turist “S-400”lərin yerini işarə etdi – Ukrayna TƏŞƏKKÜRÜNÜ BİLDİRDİ

15:00 - 23 Avqust 2022

Rus turist “S-400”lərin yerini işarə etdi – Ukrayna TƏŞƏKKÜRÜNÜ BİLDİRDİ

Krımda tətildə olan rus turist çimərlik yaxınlığında S-400 hava hücumundan müdafiə sistemi ilə şəkil çəkdirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, rus turist sonra bu şəkli sosial şəbəkədə paylaşıb.

Yevpatoriya yaxınlığında çəkilən fotonun məkan məlumatları sosial şəbəkədə görünüb.

Ukrayna Müdafiə Nazirliyi rəsmi tviter hesabında “Bu adam bizə çox kömək etdi. Sağ olun və belə işləməyə davam edin” şərhini verib.

Sosial mediada gündəm olan S-400-lərin taleyi ilə bağlı heç bir açıqlama verilməyib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az