Fransa Xarici İşlər Nazirliyi Avropa və Xarici İşlər Naziri Ketrin Kolonna ilə rusiyalı həmkarı Sergey Lavrov ilə Ukrayna və Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı telefon danışığı apardığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, açıqlamada Kolonnanın Rusiya ordusu tərəfindən stansiyanın işğalının nüvə təhlükəsizliyi mövzusunda yaratdığı risklərin vurğulandığı bildirilib.
Nazir, həmçinin Rusiyanın qanunsuz və əsassız təcavüzü qarşısında Fransanın Ukraynaya dəstəyini davam etdirəcəyini də xatırladıb.