Kanada Rusiyaya yeni sanksiyalar tətbiq ETDİ

22:40 - 23 Avqust 2022

Kanada Rusiyaya yeni sanksiyalar tətbiq ETDİ

Kanada hökuməti Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Manset.az xəbər verir ki, bu açıqlama ilə Kanadanın Baş naziri Castin Trüdo çıxış edib.

“Bu gün biz Rusiyadan olan 62 şəxsə və müdafiə sektorundan bir müəssisəyə qarşı yeni sanksiyalar elan edirik” - deyə C. Trüdo Ukrayna Prezidenti Vladimir Zelenskinin təşkil etdiyi Krım Platforması sammitində çıxışı zamanı bildirib.

O əlavə edib ki, Kanada Ukraynaya müdafiə və digər sahələr üzrə dəstək göstərməkdə davam edəcək.  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az