Akar Ostinlə F-16-ların tədarükünü müzakirə ETDİ

23:13 - 23 Avqust 2022

Akar Ostinlə F-16-ların tədarükünü müzakirə ETDİ

Türkiyə və ABŞ müdafiə nazirləri Hulusi Akar və Lloyd Ostin Ukraynadakı döyüşləri və Ankaraya F-16 qırıcılarının tədarükü məsələsini müzakirə ediblər.

Manset.az xəbər verir ki, bu barədə Türkiyə departamentinin mətbuat xidməti məlumat yayıb. 

“Nazirlər NATO çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri, Ukraynadakı vəziyyət, ikitərəfli və regional problemlər, terrorizmlə mübarizə, həmçinin F-16-ların tədarükü məsələlərini müzakirə ediblər”.

Qeyd edək ki, Türkiyə ABŞ-dan 40 F-16 qırıcısı almaq və xidmətdə olan 80 təyyarəni modernləşdirmək niyyətindədir. ABŞ prezidenti Co Bayden F-16 qırıcılarının Türkiyəyə satışı ilə bağlı Konqresin təsdiqini alacağına ümid etdiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az