Meymunçiçəyinə görə xəstəxanaya yerləşdirilən turist üç gün sonra ÖLDÜ

23:50 - 23 Avqust 2022

Meymunçiçəyinə görə xəstəxanaya yerləşdirilən turist üç gün sonra ÖLDÜ

Kubada meymunçiçəyi diaqnozu ilə xəstəxanaya yerləşdirilən italyan turist üç gün sonra çoxsaylı orqan zədələnməsindən dünyasını dəyişib.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə adanın Səhiyyə Nazirliyi bildirib.

“Bu pasiyentdə xəstəlik ağır formada sürətlə irəlilədi”, - deyə o bildirib.

Həkimlərin fikrincə, ölümün səbəbləri sepsis və çoxsaylı orqan zədələnməsi olub.

Bundan əvvəl xəbər vermişdik ki, Kubada meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az