Rusiya dünyanı nüvə fəlakətinə sürüklələyir - Mills

10:15 - 24 Avqust 2022

Rusiya dünyanı nüvə fəlakətinə sürüklələyir - Mills

Rusiya Zaporojye AES-dən müharibə üçün tramplin kimi istifadə edərək dünyanı nüvə fəlakətinin astanasına gətirib.

 

Manset.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Riçard Mills deyib.

"Hazırda Ukrayna, qonşu dövlətlər, bütün beynəlxalq ictimaiyyət nüvə soyqırımı təhlükəsi altında yaşayır və insanlar təbii ki, qorxurlar. Bu riski Rusiya yaradıb və yalnız o da dəf edə bilər. Qərar çətin deyil. Rusiya səbəbsiz, əsassız müharibəni dayandırmalı və qoşunlarını çıxarmalıdır. Və bu vəziyyətin aktuallığını nəzərə alaraq, Rusiya BMT baş katibinin tövsiyəsini dərhal yerinə yetirməlidir”, - Mills bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az