Şoyqu Özbəkistanın paytaxtı Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında Ukraynadakı müharibə ilə bağlı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şoyqu, “Xüsusi hərbi əməliyyat plan üzrə gedir və bütün missiyalar tamamlanacaq" deyib.
O, bildirib ki, onlar Ukraynadakı “xüsusi hərbi əməliyyat”da mülki əhali arasında itkiləri minimuma endirmək üçün hücumları qəsdən ləngidiblər.