Oğurladığı avtomobillə pilləkəndə ilişib qaldı – VİDEO

16:33 - 24 Avqust 2022

Oğurladığı avtomobillə pilləkəndə ilişib qaldı – VİDEO

İspaniyanın paytaxtı Madriddə bir nəfər oğurladığı avtomobillə metro stansiyasına daxil olduqdan sonra stansiyanın pilləkənlərində ilişib qalıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İspaniyanın paytaxtı Madriddə bir nəfər oğurladığı avtomobillə metro stansiyasına daxil olub. 

Oğurlanan avtomobillə stansiyanın pilləkənlərinə qalxmağa çalışan şəxs avtomobillə birlikdə pilləkənlərdə ilişib qalıb. 

Madrid Fövqəladə Hallar və Təhlükəsizlik Katibliyindən verilən açıqlamada, şəxsin bölgəyə gələn təcili yardım qrupları tərəfindən xilas edildiyi və xəstəxanaya aparıldığı bildirilib. 

Madrid yanğınsöndürənləri saatlarla əlləşdikdən sonra metronun pilləkənlərində qalmış avtomobili xilas ediblər.

Həmin şəxsin narkotik vasitədən istifadə etdiyi məlum olub.

Testlər nəticəsində narkotikdən istifadə etdiyi müəyyən edilən şəxsin təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alındığı, polisin hadisə ilə bağlı araşdırmalara başladığı bildirilib.

Baş verən hadisədə ölən və yaralanan olmayıb.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az