İtaliyanın Baş naziri ölkəsinin təbii qazla təchizatında Azərbaycanın əhəmiyyətini VURĞULADI

22:19 - 24 Avqust 2022

İtaliyanın Baş naziri ölkəsinin təbii qazla təchizatında Azərbaycanın əhəmiyyətini VURĞULADI

İtaliyanın Baş naziri Mario Draqi ölkəsinin təbii qazla təchizatında Azərbaycanın əhəmiyyətini vurğulayıb.

"Əlcəzairdən Azərbaycana qədər tədarükün artırılması üçün yeni müqavilələr bağladıq. Keçən il təbii qaz idxalımızın 40 faizi Rusiyadan gəldi. Bu il Rusiyadan təbii qaz orta hesabla yarıya qədər azaldı”, - Mario Draqi deyib.

“Bərpa olunan enerji mənbələrinin inkişafını sürətləndirdik. 2022-ci ilin 8 ayında bərpa olunan enerjiyə tələbat 2020 və 2021-ci illərin cəmindən təxminən 4 dəfə çoxdur”, - Baş nazir əlavə edib.

Manset.az report-a istinadən xəbər verir ki, Draqi İtaliyanın təbii qaz ehtiyatının hazırda yüzdə 80 faiz olduğunu və oktyabrda bunu yüzdə 90-a çatdırmağı hədəflədiklərini, bununla belə, qaz tədarükü həcmlərinin saxlanmasının dayanıqsız səviyyələrə çatan xərclərin artmasının qarşısını ala bilməyəcəyini ifadə edib.

Draqi bir tərəfdən Avropanın suverenlik hüquqlarından bəhs edərkən, digər tərəfdən təbii qaz ehtiyacının az qala yarısının Rusiyadan qarşılanmasının bir-biri ilə uyğun olmadığını vurğulayıb. O, qeyd edib ki, bu səhv heç vaxt təkrarlanmamalıdır.

Baş nazir 2024-cü ilin payızına qədər İtaliyanın Rusiya təbii qazından asılılıqdan tamamilə xilas olacağını vəd edib. İtaliyanın yeni təbii qaz tədarükü layihələrinin nəzərdə tutulan müddətdə tamamlanacağını, 2024-cü ilin payızına qədər Rusiya qazından asılılıqdan tamamilə azad olacağını qeyd edən Draqi deyib: “Bu, milli təhlükəsizlik üçün əsas hədəfdir. Çünki Rusiya istifadə etməkdən çəkinmir. Təbii qaz Ukrayna və onun Avropalı müttəfiqlərinə qarşı geosiyasi silahdır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az