Dünyanı dövrə vuran ən gənc pilot OLDU

00:10 - 25 Avqust 2022

Dünyanı dövrə vuran ən gənc pilot OLDU

Belçikalı 17 yaşlı pilot 5 ay əvvəl səyahətinin başladığı Bolqarıstanda eniş etdikdən sonra kiçik bir təyyarə ilə dünyanı tək başına uçan ən gənc insan adını qazanıb.

 

Manset.az xəbər verir ki, Belçika-Britaniya ikili vətəndaşı olan Mak Ruterford Bolqarıstanın paytaxtı Sofiyanın qərbindəki hava zolağına enərək iki nailiyyətlə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Gənc pilot martın 23-də başlayan səyahətində 5 qitənin 52 ölkəsinə gedib. Belə ki, Ruterford təkbaşına dünya ətrafında uçan ən gənc insan olmaqla yanaşı, həm də bunu kiçik mühərrikli təyyarə ilə bacaran ilk gənc olub.

O, gənclərin uğur qazana biləcəyini göstərməyə çalışdığını bildirib.

“Yaşınızın neçə olmasından asılı olmayaraq arzularınızın arxasınca gedin - çox çalışın və hədəflərinizə çatmaq üçün irəliləyin”, - deyə dünya rekordçusu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az