İngiltərə və Fransa arasında GƏRGİNLİK

16:04 - 25 Avqust 2022

İngiltərə və Fransa arasında GƏRGİNLİK

İngiltərə ilə Fransa arasında bu dəfə kanalizasiya gərginliyi yaranıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, fransalı 3 deputat deyib ki, Britaniya kanal və xam çirkab suların dənizə axıdılmasına icazə verməklə Fransa sahillərindəki dəniz həyatını təhlükəyə atır.

Onlar Britaniyanı ətraf mühitə dair öhdəliklərə məhəl qoymamaqda, dəniz həyatını və balıqçılığı risk altında qoymaqda ittiham edirlər.

Britaniya su şirkətləri problemin həlli üçün sərmayə yatırdıqlarını bildiriblər.

Avropa Parlamentinin deputatları Böyük Britaniyanın Avropa İttifaqından çıxdıqdan sonra ətraf mühitlə bağlı öhdəliklərinə məhəl qoymadığını açıqlayıblar.

Böyük Britaniya hökumətinin sözçüsü iddiaların həqiqətə uyğun olmadığını deyib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az