Ukrayna Dövlət Nüvə Elektrik Şirkəti “Enerqoatom” Zaporojye Atom Elektrik Stansiyasının tarixdə ilk dəfə olaraq elektrik şəbəkəsindən ayrıldığını açıqlayıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətdən verilən açıqlamada, nüvə obyekti yaxınlığında baş verən yanğınların elektrik stansiyasını Ukraynanın elektrik şəbəkəsinə birləşdirən xətləri zədələdiyi bildirilib.
Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır.
Elektrik stansiyası martın 4-də ruslar tərəfindən ələ keçirilib. Hazırda Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları həyata keçirilir. Ukrayna və Rusiya bu hücumlarda bir-birini günahlandırır.