Argentina prezidenti Alberto Fernandes həyatı üçün təhlükəli təhdid aldığını bildirib.
Manset.az xəbər verir ki, o, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etdiyini deyib.
Dövlət başçısının sözlərinə görə, polis hazırda məsələ üzərində işləyir.
Argentina lideri qeyd edib ki, o, istintaqın işinə mane olmamaq üçün hadisənin təfərrüatları barədə məlumat vermək istəmir.