İbrahim Tatlısəsin avtomobilini vuran yük maşını sürücüsü içkili olub - FOTO

17:31 - 26 Avqust 2022

İbrahim Tatlısəsin avtomobilini vuran yük maşını sürücüsü içkili olub - FOTO

Türk sənət musiqisinin imperatoru İbrahim Tatlısesin keçirdiyi ağır yol qəzasının təfərrüatları bəlli olub.

 

Manset.az xəbər verir ki, baş verən bədbəxt hadisə nəticəsində 8 adam xəsarət alıb. Xəstəxanaya yerləşdirildikdən sonra müalicə alan yaralılar evə buraxılıblar. 

Tatlısesin içərisində olduğu avtomobillə toqquşan yük maşını sürücüsü Gültekin Gülsoy yolda idarə etməni itiridiyini və yaranmış qəzadan şoka düşdüyünü etiraf edib. Edilən müayinələr zamanı Gültekinin qanında spirtli içki aşkarlanıb. 

Hər iki tərəf bir-birindən şikayətçi olmayıb. Qəza zamanı Tatlısesin ayaq sümükləri sınıb. Həmkarları Ebru Yaşar ve Demet Akalın İbrahimi yerləşdirildiyi xəstəxanada ziyarət ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az