Belçika Ukraynanın qeyri-hərbi ehtiyacları üçün maliyyə vəsaiti AYIRDI

20:16 - 26 Avqust 2022

Belçika Ukraynanın qeyri-hərbi ehtiyacları üçün maliyyə vəsaiti AYIRDI

Belçika Ukrayna Silahlı Qüvvələrinin (SQ) qeyri-hərbi ehtiyacları üçün 8 milyon avro maliyyə yardımı ayırıb.

Manset.az xəbər verir ki, bu barədə Belçikanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bu vəsait NATO vasitəsilə Ukrayna ordusuna veriləcək.

Qeyd olunur ki, bu məqsədlə Belçika şirkətləri dövlət tenderlərində iştirak edə biləcək.

Vəsait Ukrayna Silahlı Qüvvələri üçün ilk tibbi yardım avadanlıqlarının, qış paltarlarının alınması kimi qeyri-hərbi ehtiyacların təmin edilməsi məqsədilə istifadə olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az