Rusiya bu ölkədə 2 nüvə reaktoru tikir

17:18 - 27 Avqust 2022

Rusiya bu ölkədə 2 nüvə reaktoru tikir

Rusiyanın "Rosatom" dövlət korporasiyası yaxın həftələrdə Macarıstanda iki yeni nüvə reaktorunun tikintisinə başlayacaq.

 

Manset.az xəbər verir ki, bunu Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Feysbuk hesabında yazıb.

“Bu, çox əhəmiyyətli bir addımdır. Bu yolla Macarıstanın uzunmüddətli enerji təhlükəsizliyi təmin ediləcək. Reaktorlar 2030-cu ilə qədər fəaliyyətə hazır olacaq”, - nazir bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az