Avqustun 27-də Rumıniyanın Curcu vilayətinin Letka Noue kəndi yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması iki nəfərin ölümü ilə nəticələnib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Letka Noue aerodromundan havaya qalxıb və tezliklə bir şahid onun yaxınlıqdakı meşədə qəzaya uğradığını bildirib. Göyərtədə olan iki nəfər həlak olub”, - deyə Rumıniya Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamentinin rəhbəri Raed Ərafat bildirib.
Məlumata görə, qəza yerinə yanğınsöndürmə və tibbi xidmətlər gəlib.
Hazırda hadisənin baş vermə şəraiti araşdırılır.