Zaporojye AES-ə nümayəndə heyəti göndəriləcək

21:26 - 27 Avqust 2022

Zaporojye AES-ə nümayəndə heyəti göndəriləcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) nümayəndə heyəti gələn həftə Zaporojye AES-ə gedəcək.

Manset.az  "New York Times"a istinadən xəbər verir ki, artıq AES-ə gedəcək nümayəndə heyətinin tərkibi məlum olub.

Qəzet yazır ki, nümayəndə heyətinə AEBA-nın direktoru Rafael Qrossi rəhbərlik edəcək. Missiyada iştirak edəcək 13 ekspert isə neytral ölkələrin nümayəndələrindən təşkil olunub. Heyətdə ABŞ və Britaniya nümayəndələri yer almır.

Qeyd edək ki, Ukraynanın Enerqodar şəhərində yerləşən Zaporojye AES hazırda Rusiya ordusunun nəzarətindədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az