Serbiya və Kosovo arasında razılıq əldə olundu

22:11 - 27 Avqust 2022

Serbiya və Kosovo arasında razılıq əldə olundu

Serbiya və tanınmamış Kosovo Respublikasının nümayəndələri sərhəddə hərəkətlə bağlı razılığa gələ biliblər.

Manset.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, Brüsselin yardımı ilə keçirilən dialoq çərçivəsində tərəflər giriş sənədlərini razılaşdıra biliblər.

“Serbiya Kosovo şəxsiyyət vəsiqəsi sahibləri üçün giriş və çıxış sənədlərini ləğv etməyə, Kosovo isə Serb şəxsiyyət vəsiqəsi sahibləri üçün yeni tələbləri tətbiq etməməyə razılaşıb”, - deyə Borrell bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az