Ərdoğan Pakistanın Baş naziri ilə DANIŞDI

23:53 - 27 Avqust 2022

Ərdoğan Pakistanın Baş naziri ilə DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.

Manset.az xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Administrasiyası açıqlama yayıb.

Qeyd olunub ki, danışıq zamanı Prezident Ərdoğan Pakistanda sel fəlakətinin fəsadlarından təəssüfləndiyini bildirib.

Həyatını itirən pakistanlılara Allahdan rəhmət, yaralılara isə şəfa diləyən prezident hər zaman olduğu kimi bu çətin gündə də qardaş Pakistan xalqına hər cür dəstəyi göstərməyə hazır olduqlarını deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az